Məşhur nəşr Roberto Karlosa təzminat ödəyəcək

Məşhur nəşr Roberto Karlosa təzminat ödəyəcək
Məşhur "Daily Mail” nəşri Braziliya millsinin sabiq futbolçusu Roberto Karlosa təzminat ödəyəcək.
Fanat.Az xəbər verir ki, buna səbəb nəşrin 10 iyun 2017-ci il tarixində 45 yaşlı veteran müdafiəçinin 2002-ci il dünya çempionatı zamanı dopinqdən istifadə etməsi ilə bağlı yalan məlumat dərc etməsidi.
Qəzet rəhbərliyi futboçudan üzr istəyib. Lakin öndəiləcək təzminatın məbləği açıqlanmayıb.
Roberto Karlos 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olub. O, karyerası ərzində Braziliyanın "Union San-Juan”, "Palmeyras”, "Korintians”, İtaliyanın "İnter”, İspaniyanın "Real Madrid”, Türkiyənin "Fənərbağça” və Rusiyanın "Anji” klublarının formasını geyinib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər