Məşhur müdafiəçi "Riu Ave"yə döndü

Məşhur müdafiəçi "Riu Ave"yə döndü
Portuqaliyanın "Riu Ave" klubu rəsmi saytı vasitəsi ilə müdafiəçi Fabiu Koentraunun geri qayıtdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 1 il peşəkar səviyyədə futbol oynamayan tanınmış futbolçu 1 illik müqaviləyə imza atıb.
32 yaşlı Koentru "Riu Ave"nin yetirməsidi. Məhz bu klubda 2 il oynadıqdan sonra "Benfika"ya keçən müdafiəçi 4 il sonra "Real"a satılmışdı. İcarə əsasında "Monako" və "Sportinq"in də şərəfini qorumağa imkan tapan Fabiu 2018-ci ildə yetirməsi olduğu kluba qayıtmışdı. Onun müqaviləsinin müddəti ötən yay bitmiş, azad agentə çevrilərək işsiz qalmışdı. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər