Polşalı tennisçi Aqneşka Radvanska karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Qadın Tennisçilərin Assosiasiyasının (WTA) rəsmi saytı yayıb.
29 yaşlı idmançı sağlamlığı ilə əlaqədar bu addımı atıb.
Qeyd edək ki, Aqneşka Radvanska 2012-ci ildə qadın tennisçilərin reytinqində ikinci pilləyə kimi yüksələ bilib. Polşalı tennisçi həmin il Uimbldon turnirinin finalında ABŞ təmsilçisi Serena Uilyamsa uduzub. O, 2015-ci ildə keçirilmiş WTA Tur Çempionatı və Hopman Kubokunun qalibi olub. Radvanska WTA-nın təşkil etdiyi turnirlərdə ümumilikdə 20 titula sahib çıxıb.
Fanat.Az