Məşhur idman kanalı bağlanır - Acun yeni kanal açır

Məşhur idman kanalı bağlanır - Acun yeni kanal açır
Türkiyənin məşhur idman telekanallarından biri bağlanır. Fanat.az yerli mediaya istinadən xəbər verir ki, "NTV Spor"in bağlanması prosesi başlayıb.
Buna səbəb telekanalın ziyanla işləməsidi. Artıq kanalın daxil olduğu "Doğuş Qrupu" ixtisarlara başlayıb. İlk olaraq "NTVSpor"un tanınmış simalarından Özgür Buzbaş, İrmak Kazuk, Ali Ece və Burcu Hakyemez Dal ilə birlikdə 30 nəfər işdən çıxarılıb.
Türkiyə mətbuatı bu qərardan sonra yeni məlumatlar yayıb. İddiaya görə, "TV 8" kanalının sahibi, iş adamı Acun İlıcalı yeni idman kanalı açmaq qərarına gəlib. O, artıq bu yöndə fəaliyyətə başlayıb. Yeni kanalın adı hələlik açıqlanmır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər