Məşhur hücumçu xərçəngə təslim oldu

Məşhur hücumçu xərçəngə təslim oldu

"Yuventus"un, "Çelsi"nin və İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, tanınmış futbol veteranı 58 yaşında vəfat edib.

Uzun müddət mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan Viallinin səhhəti Milad bayramı ərəfəsində pisləşib. Keçmiş hücumçu yerləşdirildiyi  xəstəxanada həyatla vidalaşıb

Qeyd edək ki, Canluka Vialli 1985-1992-ci illər aralığında dəvət aldığı İtaliya seçməsində 59 oyuna 16 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər