Son dayanacağı Danimarka "Esberq"i olan 35 yaşlı Rafael van der Vart karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, Hollandiya futbolunun məşhur simalarından olan yarımmüdafiəçini buna zədə məcbur edib. Van der Vart cari mövsümün sonunda butslarını mıxdan asmağı planlaşdırsa da, düşdüyü durum fikrini dəyişdirib:
"Mənə indi dayanmaq lazımdır. Bura reabilitasiya olunmaq yox, futbol oynamaq üçün gəlmişəm. Mövsümün sonuna qədər oynamaq istəyirdim, ancaq alınmadı.
İndiyə qədər oynadığım bütün stadionlarda azarkeşlərin xoş münasibətini görmüşəm. Bütün bu illər çox möhtəşəm idi. Hər kəsə təşəkkür edirəm”.
Van der Vart 2000-ci ildə "Ayaks”da debüt edib. O, karyerası ərzində "Real”, "Tottenhem”, "Hamburq” kimi klublarda da çıxış edib. Hollandiya yığmasının heyətində isə DÇ-2010-da gümüş medal qazanıb.
Fanat.Az