İngiltərə Premyer Liqasının keçmiş hakimi Mark Klattenburq futbolda qadın hakimlərin karyera və ya uşaq sahibi olmaq arasında seçim etməli olduğunu söylədiyi üçün tənqidlərə tuş gəlib.
Fanat.Az xəbər verir ki, 46 yaşlı ədalət təmsilçisi "talkSPORT"da qadın hakimlərlə bağlı müzakirə zamanı belə şərh yazıb.
Klattenburqdan, ötən həftə Premierşipdə reqbi oyununu idarə edən ilk qadın hakim Sara Koxun Premyer Liqada görünə biləcəyini soruşublar. O isə cavabında "Premyer Liqada qadın köməkçi hakimlərimiz var idi, Sian Massey də yeni dəvət olunub. Göründüyü kimi, zərif cinsdən olan hakimlər inkişaf etməyə başlayır. UEFA -ya baxın, məsələn, fransız qadın Superkubokun finalını idarə etdi, buna görə də UEFA-dan getdikcə daha çox təyinat alır. Ancaq qadınlarla bağlı bir problem var. Şübhəsiz ki, hakimlik dövründə hamilə qaldıqları təqdirdə onların karyerası çətin bir yoldan keçir. Bu onları uzun bir yolda dayandıra bilər. Ona görə də bu seçimi etməlidirlər: hamilə qalmaq istəyirlər, yoxsa hakim olmaq?"

Avropa Çempionatının və Çempionlar Liqasınınfinal oyunlarını idarə etmiş Klattenburq hamiləliyin qadınların kişilərə aid fitness testlərindən keçməsini çətinləşdirdiyini əlavə edib: "Əlbəttə, körpəniz olanda doqquz-on aya qədər kənarda qalacaqsınız. Vücudunuzun bərpası üçün isə daha altı ay vaxt lazım olacaq. Başqa sözlə, təxminən iki il ara verməli olacaqsınız. Bu dövrdən sonra kişilərin fitnes testini keçmək çox ağırdır".
"talkSPORT"dakı müzakirəyə qoşulan İngiltərənin reqbi oyunçusu Co Marler isə yazdığı bir tvitdə Klattenburqun şərhlərinin "hörmətsizlik və arxaik" olduğunu bildirib: "Bütün peşələrdə olan qadınlar iş və ailə balansında çətinliklərlə üzləşirlər. Əslində, elit idmanda olan bir çox qadınlar doğuşdan sonra idman karyeralarına tez bir zamanda davam edə biləcəklər. Kiçlərsə seçim və ya zərurət fərziyələrinə çox vaxt ayırırlar. Bu ssenarilərin heç biri problem deyil. Əsl problem fərziyyələrdir. Tənbəl, köhnəlmiş və ya uşaq baxıcısı kimi göstərilən qadın biologiyası və cinsiyyət rolları haqqında fərziyyələr...". Mirağa