Məşhur gürcü qovuldu

Məşhur gürcü qovuldu

Məşhur gürcü mütəxəssis Şota Arveladze işsiz qalıb. Fanat.Az xəbər verir ki, Təl-Əviv "Makkabi"si 43 yaşlı məşqçi ilə yollarını ayırıb.

Buna səbəb İsrail klubunun gözlənilən səviyyədə çıxış etməməsi olub. Belə ki, "Makkabi" ölkə çempionatının ikinci pilləsində başa vurub və liderdən 8 xal geri qalıb. Üstəlik Avropa Liqasında qrupdan çıxa bilməyib.

Qeyd edək ki, məşqçi karyerası ərzində Türkiyənin "Kayserispor", "Kasımpaşa", "Trabzonspor" klublarını çalışdıran Arveladze bu mövsümün əvvəlində "Makkabi"yə başçılıq edirdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər