"Məncə, hələ bunu yaxşı bacarıram" - Edin Ceko

"Məncə, hələ bunu yaxşı bacarıram" - Edin Ceko

"İnter"in hücumçusu Edin Ceko A Seriyasının 14-cü turunun oyunundan - "Bolonya"nı darmadağın etdikləri matçdan (6:1) sonra fikirlərini bölüşüb.

Fanat.Az "fcinter1908.it" saytına istinadən xəbər verir ki, komandasının qollarından birinə imza atan və bununla da "qara-göylər"in İtaliya çempionatında fərqlənən ən yaşlı ikinci futbolçu olan (36 yaş 233 gün) bosniyalı belə danışıb:

"İllər heç nə demək deyil. Sadəcə, meydanda yaxşı performans göstərmək lazımdır. Məncə, hələ bunu yaxşı bacarıram. Nə qədər çox qol varsa, bir o qədər də sevinc var".

Qeyd edək ki, "İnter"in A Seriyasında qol vuran ən yaşlı futbolçusu Sinişa Mixayloviçdir. O, 37 yaş 47 günlüyündə rəqib qapıçını məyus etməyi bacarıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər