"Mən qarışıq isveçliyəm. Anam milliyətcə xorvat olan katolik, atam isə bosniyalı müsəlmandır".
Fanat.Az xəbər verir ki, bunu "Milan"ın hücumçusu Zlatan İbrahimoviç "Corriere dello Sport"a müsahibəsində deyib.
İbra Tanrıya inanmadığını söyləyib: "Tanrıya yox, özümə inanıram. Bu, həyatdır. Yaşayırsan və ölürsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı məni sevənlər həmin vaxt üzüləcəklər. Xurafatla aram yoxdur. Heç "uğurlar" sözünü də xoşlamıram. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm".