Mədətov - 220-ci "əsgər"- MATÇDAN SONRA

Mədətov - 220-ci "əsgər"- MATÇDAN SONRA

Qətərlə oyunda iki debüt gerçəkləşib. Fanat.Az xəbər verir ki, start heyətində yer alan Tellur Mütəllimov və oyuna sonradan qoşulan Mahir Mədətov ilk dəfə əsas millinin formasıyla matça çıxıb.

 

İlk oyununu ölkəmiz Rusiyanın işğalından qurtulandan sonra – 1992-ci ildə keçirən yığmada bu görüşə qədər 218 futbolçu oynamışdı. Tellur 219-cu, Mahir 220-ci olub.

 

Qeyd edək ki, Dohada dünən tarixin yaddaşına qovuşan görüş millimizin sayca 228-ci oyunuydu.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər