Mbappeni Dembele əvəz edəcək

Mbappeni Dembele əvəz edəcək

"Barselona"nın futbolçusu Usman Dembele bu yay klubunu tərk edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Xəbərə görə, Kilian Mbappenin bu yay PSJ-dən ayrılacağı təqdirdə, Dembele Fransa klubuna keçəcək. 

O, azad agent qismində transfer olunacaq. 

Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. 89 oyunda meydana çıxan fransız hücumçu 19 qolla yadda qalıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər