Ötən aya kimi Kilian Mbappenin "Real Madrid"ə keçidi ilə bağlı xəbərlər demək olar ki, daim gündəmdə idi.
Fanat.Az xəbər verir ki, mayın 22-si 23 yaşlı ulduz PSJ klubu ilə müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər uzadtı və Madrid klubuna keçidi ilə bağlı şayiələrə son qoydu.
Bundan sonra hiddətlənən kral klubunun azarkeşləri onun futbolkasını yandırıb sosial şəbəkələrdə paylaşıblar.
"Real Madrid" fanatlarından birinin "Mbappe üçün Madridə yol bağlıdır!" başlığı ilə yerləşdirdiyi videonu təqdim edirik:
Emin Şəmsiyev