Mbappe prodüserliyə başladı

Mbappe prodüserliyə başladı

PSJ klubunun hücumçusu Kilian Mbappe yeni şirkət yaradıb.

Fanat.Az "Lequipe"yə istinadən xəbər verir ki, ulduz forvard "Zebra Valley" adlı şirkət açıb və əlaqələrini genişləndirmək üçün Hollivud agentliyi "WME Sports" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Fransız forvardın şirkəti Los-Ancelesdə yerləşəcək. O, idman, musiqi, mədəniyyət, texnologiya və video oyunlara yönəlmiş məzmun yaratmağa çalışacaq. 

Xatırladaq ki, may ayında Mbappe PSJ ilə müqaviləsinin müddətini 2025-ci ilə qədər uzadıb. Onun Paris klubunda maaşı ildə 93 milyon avro olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər