PSJ-nin forvardı Kilian Mbappe Paris klubunun prezidenti Nasser Əl-Xelaifidən komandadakı argentinalıların göndərilməsini xahiş edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "UOL Esporte" yayıb.
Xəbərə görə, yeni müqavilə imzalayandan sonra komandada əsas söz sahibi olmağı hədəfləyən 23 yaşlı Kilian argentinalıların - Lionel Messi, Mauro İkardi və Leandro Paredesin yaratdığı qruplaşmanı bu yolda əsas maneə sayır. Mənbə ispan Ander Erreranın, kostarikalı Keylor Navasın və Neymarın argentinalılarla daha çox ünsiyyət qurmasının da Mbappeni qıcıqlandıran məqam olduğunu vurğulayıb.
Bir müddət öncə Mbappenin Neymarla insident yaşadığı barədə məlumatlar yayılsa da, sonradan Fransa mətbuatı ulduz oyunçuların barışdığını iddia edib.
Nihat