PSJ-nin müdafiəçisi Serxio Ramos komandanın hücumçuları Kilian Mbappe və Neymar arasında yaranan münaqişənin həllinə kömək edib.
Fanat.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, futbolçular Paris komandasının idman direktoru Lukas Kamposla görüşüblər. Ramosun da görüşün iştirakçısı olduğu bildirilir. 36 yaşlı ispan futbolçu məsələyə qarışıb və vəziyyətin həllinə kömək edib.
Xatırladaq ki, daha əvvəl Mbappenin Neymarı satmaq istəyi ilə PSJ rəhbərliyinə müraciət etdiyi bildirilirdi. Nəticədə, oyunçular arasında münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşmişdi.
Emin