"Mbappe dünyanın ən yaxşı oyunçusudur" - Klub prezidenti

"Mbappe dünyanın ən yaxşı oyunçusudur" - Klub prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Kilian Mbappenin klubdan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "RMC" klub prezidentinin sözlərini belə çatdırır:

"Kilianın PSJ-də qalmasını istəyirəm. Məncə, Mbappe dünyanın ən yaxşı oyunçusudur. Onun üçün ən yaxşı klub PSJ-dir. Mbappe layihəmizin ən böyük hissəsidir. Bütün komanda onunladır".

Qeyd edək ki, Mbappe cari mövsüm Paris klubunun forması ilə  23 matçda 22 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər