Mbappe Benzemanın cavabını verdi: "Ona izah edəcəyəm"

Mbappe Benzemanın cavabını verdi: "Ona izah edəcəyəm"

Ulduz futbolçu Kilian Mbappe bir neçə gün öncə "Real Madrid"ə keçməkdən imtina edərək klubu PSJ ilə müqaviləsini yenilədi. 

Fanat.Az xəbər verir ki, fransız forvardın bu addımı kral klubu cəbhəsindən tənqidlərə tüş gəldi. 

23 yaşlı futbolçu  "Le Parisien"ə açıqlamasında haqqında deyilənlərə cavab verib:

"Benzemanın haqqımda dediklərindən xəbərim var. "Real Madrid"in digər oyunçularının da yazılarını görmüşəm. Deməyə sözüm yoxdur.

Təbii ki, millinin düşərgəsində Kərimə Parisdə qalma səbəbimi izah edəcəyəm. Onunla yaxşı münasibətimiz var. Florentino Peres mənə klub forması göndərməyib. Amma hər şey qaydasındadır. Mənim klubda pula görə qaldığım deyiləndə üzülürəm. Mən həmişə futboldan, titullardan, vacib matçlardan danışıram... Heç vaxt puldan danışmıram". 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər