Mbappe "Bayern"ə meydan oxudu - Ulduz hücumçu het-trik vəd etdi

Mbappe "Bayern"ə meydan oxudu - Ulduz hücumçu het-trik vəd etdi

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin səfər oyunları çərçivəsində "Bayern Münhen"ə qarşı keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, parislilərin ulduzu "Canal +"ə danışıb:

"202, 203 və 204-cü qollarımı "Bayern"ə vura bilərəmmi? Hətta çox! Biz Almaniyaya növbəti mərhələyə adlamaq üçün gedirik. Biz qərarlıyıq və özümüzə inanırıq. Qələbə qazanmalıyıq!"

Mbappe Liqa 1-in son turunda keçirilən "Nant"la oyunda (4:2) PSJ forması ilə 201-ci qoluna imza atıb. 

"Bayern" - PSJ matçı martın 8-də baş tutacaq. Tərəflərin Parisdəki duelində münhenlilər 1:0 hesablı qələbə qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər