Mbappe Anrinin rekordunu qırdı

Mbappe Anrinin rekordunu qırdı

Dünən öz meydanında "Milan"ı 3:0 hesabı ilə məğlub edən PSJ-nin hücumçusu Kilian Mbappe həmyerlisi Tyerri Anrinin rekordunu yeniləyib.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qollardan birinə imza atan Mbappe Çempionlar Liqasının ardıcıl 8 ev oyununda qol vuran ilk fransalı olub.

Anri London "Arsenal"ında oynadığı dönəmdə ardıcıl 7 belə qarşılaşmada rəqib qapılarına yol tapmışdı. 

Mbappe 2018-ci ildən PSJ-nin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər