Martines ölən dayənin ailəsinə təzminat ödəyəcək

Martines ölən dayənin ailəsinə təzminat ödəyəcək

Milan məhkəməsi "İnter"in forvardı Lautaro Martinesi keçmiş dayəsini işdən qovuduğuna görə onun ailəsinə təzminat ödəməyə məcbur edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Sportitalia" yayıb.

Xəbərə görə, Martines evində 8 ay işləmiş 27 yaşlı dayənin sağalmaz xəstəliyə tutulduğunu öyrənəndən sonra bu addımı atıb. Mənbə daha sonra həmin qız dünyasını dəyişdiyini və ailəsinin argentinalı futbolçunu məhkəməyə verdiyini bildirib. Təzminatın məbləği barədə məlumat yerilməyib.

Xatırladaq ki, Martines 2018-ci ildən "İnter"in uğurları üçün çalışır. İndiyədək milanlıların forması ilə bütün turnirlərdə 248 matça çıxan cənubi amerikalı 113 qol və 38 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər