Marselo yeni iş yerini açıqladı: "Çox həyəcanlıyam"

Marselo yeni iş yerini açıqladı: "Çox həyəcanlıyam"

"Real Madrid"in müdafiəçisi Marselonun yayda azad agent statusuna yiyələnib vətəninə yollanacağı barədə şayiələr doğrulmaqdadır.

Fanat.Az xəbər verir ki, Rio-de-Janeyroda anadan olan, karyerasına “Fluminense”də başlayan Marselonun həmin kluba qayıtması istisna edilmir. Təcrübəli müdafiəçi bu şəhərə qayıdacağına əsas verən informasiya yayıb.

Braziliyalı "Instagram"da Rioda bərbərxana və saç salonu açdığını bildirib. Marselo yeni məkanda, əlində qayçı ilə çəkdirdiyi fotoşəkilləri paylaşıb, cümə axşamı işə başlayacağını yazıb.  

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər