Mariya Stadnikdən yığma komandamıza dəstək

Mariya Stadnikdən yığma komandamıza dəstək
Mariya Stadnik bu gün qadın güləşçilər arasında start götürəcək Avropa çempionatından öncə yığma komandamıza dəstək verib.
Fanat.Az xəbər verir ki, zədə səbəbindən Rumıniyanın Buxarest şəhərində təşkil olunan yarışından kənarda qalan Ukrayna əsilli idmançımız sosial şəbəkədə paylaşım edərək, yığmaya uğurlar arzulayıb: "Qızlar, mən sizin hər birinizə uğurlar arzulayıram. Mənim ürəyim həmişə komanda ilədir”.
Qeyd edək ki, M.Stadnik Avropa çempionatlarında qazanılan qızıl medalların sayına görə Azərbaycan rekordçusudur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər