Mariya Şarapova karyerasını bitirir - ŞOK İDDİA

Mariya Şarapova karyerasını bitirir - ŞOK İDDİA

Mariya Şarapova karyerasını bitirir. Fanat.az xəbər verir ki, bu barədə İngiltərənin "Independent", İspaniyanın "Cadena Ser", İtaliyanın "La Gazzetta Dello Sport", ABŞ-ın "Washington Post" kimi məşhur qəzetləri məlumat yayıb.

Məlumatda bildirilir ki, məşhur tennisçi bu gecə mətbuat konfransı keçirəcək karyerasını bitirdiyini açıqlayacaq. 5 "Qrad Slam" mükafatı olan Mariyanın meneceri oyunçunun bu gecə Los Ancelesdə "çox önəmli mətbuat konfrası" keçirəcəyini bildirib. Amma menecer konfransın səbəbini açıqlamayıb. Yalnız "Çox böyük bir xəbər olacaq" deyib.

Menecerin bu açıqlamasından sonra məşhur qəzetlər Mariyanın karyerasını bitirəcəyini iddia edib. 

Sonuncu dəfə yanvar ayında "Avustralia Open" turirinin 1/4 finalında Serena Uilyamsa yenilən 28 yaşlı rus tennisçi son illərdə zədə səbəbindən uzun müddət kortlardan kənarda qalmalı olar. 

"Forbes"in hesablamalarına görə, Şarapova ildə 30 milyon dollar qazanır. O, 2015-ci ilin ən çox qazanan qadın imdançısı oluö. Mariyanın qazandığı 30 milyonun 7 milyonu tennisdən, qalan 23 milyonu isə tennisdən kənardakı işlərindən gəlir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər