Mario Balotellinin yeni klubu müəyyənləşdi

Mario Balotellinin yeni klubu müəyyənləşdi
Mario Balotellinin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, italiyalı ulduzun karyerasını Hollandiyada davam etdirəcəyi deyilir.
İddialara görə, Balotelli "Ayaks"a keçir. Məlumatda bildirilir ki, menecer Mino Raiola "Beşiktaş"ın da istədiyi futbolçu üçün hollandlarla anlaşıb.
Qeyd edək ki, Balotelli 2010-cu ildə "İnter"dən "Mançester Siti"yə 29.5 milyon avroya keçmişdi. Premyer Liqa klubu 2013-cü ildə onu 20 milyon avroya "Milan"a satmışdı. Futbolçu 2 il sonra enyi qiymətə "Liverpul"a transfer edilmişdi. Son mövsümü icarə əsasında "Milan"da keçirən Balotelli 23 rəsmi oyunda cəmi 995 dəqiqə oynayıb və 3 qol vurub. "Transfermarkt"ın 2012-ci ildə 32 milyon avro qiymət qoyduğu Marionun dəyəri hazırda 7 milyon avrodu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər