Maradonanın yeni klubu açıqlandı

Maradonanın yeni klubu açıqlandı
Əfsanəvi futbolçu Dieqo Maradonanın yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu Argentinanın "Gimnasiya" futbol klubunun baş məşqçisi təyin edilib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.
"Gimnasiya” hazırda Argentina Superliqasında sonuncu - 24-cü sırada qərarlaşıb.
Qeyd edək ki, argentinalı mütəxəssisin son iş yeri Meksikanın 2-ci liqasında çıxış edən "Dorados” klubu olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər