Ötənlərin məşhur futbolçusu Dieqo Maradonanın yeni iş yeri rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, argentinalı əfsanə bundan sonra FIFA-yla əməkdaşlıq edəcək. Maradonda FIFA-nın rəsmi səfiri olacaq.
Bu barədə Maradonun özü də şəxsi "Facebook" səhifəsində açıqlama yazıb və illərdi arzusunda olduğu işə başladığını bildirib, ona bu şəraiti yaradanlara təşəkkür edib.
Xatırladaq ki, Maradona XX əsrin ən yaxşı futbolçuları sırasındadı, 1986-cı ildə Argentina millisinin dünya çempionu olmasında əvəzsiz pay sahibidi.
Fanat.Az