Maradona yadplanetlilər tərəfindən oğurlanıb

Maradona yadplanetlilər tərəfindən oğurlanıb
Argentinanın futbol yığmasının keçmiş hücumçusu və sabiq baş məşqçisi Dieqo Maradonayadplanetlilərin onu oğurladığını iddia edib.
Bu barədə "Daily Mail" Argentina mətbuatına istinadən məlumat yayıb.
Keçmiş futbolçunun sözlərinə görə, o, əyləncə gecələrindən birindən sonra 3 gün evə qayıtmayıb. Evə qayıtdıqda isə bildirib ki, yadplanetlilər tərəfindən oğurlanıb.
"Mən belə də bildirdim - onlar məni oğurladılar, mən bu barədə danışa bilmirəm", - deyə Maradona əlavə edib.
1997-ci ildə təqaüdə çıxdığını qeyd edən sabiq futbolçu müsahibəsində ünsiyyətdə olduğu keçmiş dövlət başçıları, o cümlədən Fidel Kastro, Uqo Çaves, Nestor Kirşner, Alberto Fernandes və Kristina Kirşnerbarədə danışıb. Maradona habelə şəxsi həyatı haqqında da bəzi xatirələrini bölüşüb. (Report)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər