Mane milli tarixinin ən sərrast oyunçusu oldu

Mane milli tarixinin ən sərrast oyunçusu oldu

Seneqal millisinin üzvü Sadio Mane ölkəsinin futbol tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, "Liverpul"un hücumçusu ötən gün Afrika Kubokunun seçmə mərhələsinin Beninlə keçirilən oyununda (3:1) het-trik etməklə millinin ən yaxşı bombardiri olub.

Millidəki qol sayını 32-yə çatdıran Mane bu göstəricidə Anri Kamaranı (30) qabaqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər