"Liverpul"un ulduzu Sadio Mane evlənəcəyi qadını seçmək üçün vacib olan kriteriyaları açıqlayıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı seneqallı hücumçunun fikirlərini ingiltərəli iş adamı və xeyriyyəçi, Asiya toy bazarında əsas fiqur olan "CHAK 89" adlı şirkətin sahibi Frank Xalid özünün "Twitter" hesabında paylaşıb.
Mane müsəlman xanımla evlənəcəyini bildirib: “Qızlar məndən niyə evlənmədiyimi soruşurlar. Hər dəfə təəssüflə onlara deyirəm ki, vaxt itirirsən. Evləndiyim qadın sosial mediada (TikTok, Facebook, Instagram, Twitter) olmayacaq. Mən Allaha hörmət edən, gözəl və namaz qılan bir xanımla evlənmək istəyirəm".
Liverpool striker Sadio Mane:- “I've seen a lot of girls asking me why I am not married, but sorry you might be wasting your time. The woman I marry will not be on social networks (Tik Tok, Facebook, Instagram, Twitter) I want to marry a woman who respects God and prayers well.” pic.twitter.com/amnWI78y15
— Frank Khalid (@FrankKhalidUK) June 16, 2022
Qeyd edək ki, "Liverpul"dan ayrılan Sadio Mane "Bayern Münhen"ə keçmək üzrədir.
Mirağa