Dortmund "Borussiya"sının vinqeri Ceydon Sanço "Mançester Yunayted"lə müqavilənin şəxsi detallarını razılaşdırıb.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, keçid baş tutsa, Sanço MY ilə 5 illik sözləşməyə imza atacaq. 20 yaşlı futbolçu ilinə 17,6 milyon avro qazanacaq. Onun "Borussiya"dakı illik məvacibi 6 milyon avro təşkil edir.
"Qırmızı şeytanlar" və "Borussiya" indilik transfer qiymətində anlaşa bilməyiblər. "Sarı-qaralar" Sanço qarşılığında 120 milyon avro tələb edir, "Yunayted" tərəfi isə bu məbləği ödəməyə hazır deyil.
2019-20 mövsümündə Bundesliqada 32 matçda meydana çıxan Sançonun aktivində 17 qol, 16 məhsuldar ötürmə var.
Fanat.Az