"Mançester Yunayted" Neymarla bağlı nə qərar verdi?

"Mançester Yunayted" Neymarla bağlı nə qərar verdi?

PSJ-dən ayrılmağı planlaşdıran ulduz futbolçu Neymarın "Mançester Yunayted"ə keçidi baş tutmaya bilər.  

Fanat.Az xəbər verir ki, bu barədə "ESPN Deportes" məlumat yayıb. 

Xəbərə görə, İngiltərə klubu 31 yaşlı hücumçunu transfer etməyə tərəddüd edir.

Belə ki, "qırmızı şeytanlar" Kriştianu Ronaldu kimi Neymara da yüksək məbləğ xərcləyib sonda peşman olmaqdan ehtiyat edir. Azarkeşlərin də klubun prezidentin evinin yanına gedib Neymarın gəlişinə etiraz etmələri qərara təsir edib. 

Qeyd edək ki, braziliyalı forvardı "Çelsi"nin də istədiyi bildirilir.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər