"Mançester Yunayted" geri addım atdı

"Mançester Yunayted" geri addım atdı

"Mançester Yunayted" qapıçı transferi fikrindən daşınıb. 

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford"un qolkiperi Devid Rayyanı heyətinə cəlb etməyəcək. 

Məlumatı "Sky Sports" yayıb. Buna səbəb klubunun ispaniyalı qapıçı üçün tələb etdiyi 45-50 milyon avro qiymətdir. 

Rayya üçün tələb olunan bu məbləğ "Mançester Yunayted" kimi "Tottenhem"in də geri addım atmasına səbəb olub. 

Qeyd edək ki, İspaniya millisinin 27 yaşlı üzvü 2019-cu ildən "Brentford"da çıxış edir. 156 oyunda meydana çıxan qapıçı 153 top buraxıb. Yığmanın heyətində isə 2 görüşdə forma geyinib və 2 qola üzülüb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər