Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili yayda "Valensiya"nı tərk etməyi planlaşdırır. 

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, qolkiper UEFA Çempionlar Liqasında çıxış edəcək komandaya keçmək istəyir. 

Mənbə "Milan"ın futbolçu ilə maraqlandığını bildirib. "Valensiya" 23 yaşlı futbolçunu təxminən 20 milyon avroya satmağa hazırdır. Georginin müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. 

Mamardaşvili bu mövsüm 32 matçda iştirak edib və 34 qol buraxıb. İspaniya çempionatının 32 turundan sonra “yarasalar” 47 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər