Makedoniya hazırlığımıza "3" verdi" - 6 il sonra yenə 3:1

Makedoniya hazırlığımıza "3" verdi" - 6 il sonra yenə 3:1
Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, komandamızın rəqibi Makedoniya olub.
Hesabı 18-ci dəqiqədə Maryan Radeski açıb. 14 dəqiqə sonra Qoran Pandev fərqi artırıb. 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Əfran İsmayılov millimizi ümidləndirsə də, makedoniyalılar üçüncü qolu da vurub. Əlavə vaxtda fərqlənən İliya Nestorovski komandasına 3:1 hesablı qələbə qazandırıb.
Bu il iki oyun keçirən və qol vura bilməyən millimiz Antalyada Qazaxıstana 0:1 hesabı ilə uduzmuş, Avstriyada Andorra ilə "sülh" bağlamışdı - 0:0. Makedoniya matçında "qol orucu"nu pozan komandamız, yenə qələbəyə həsrət qalıb. Yığmamız Avstriya toplanışı çərçivəsində son oyununu iyunun 3-də Kanadaya qarşı keçirəcək.
Xatırladaq ki, 6 il əvvəl Azərbaycan millisi Avstriyada Makedoniya ilə hazırlıq matçı keçirmiş və onda da bu hesabla uzumuşdu.
 
Avstriya
Yoldaşlıq oyunu
29 may
 
Azərbaycan - Makedoniya 1:3
Qollar: Əfran İsmayılov, 73-pen - Maryan Radeski, 18. Qoran Pandev, 32. İliya Nestorovski, 90+2.
Azərbaycan: 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 17. Rəhman Hacıyev, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 4. Pavel Paşayev, 10. Elvin Məmmədov, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 18. Ağabala Ramazanov, 19. Rəşad Eyyubov, 20. Ufuk Budak, 21. Murad Səttarlı, 24. Amil Yunanov, 25. Adil Nağıyev, 28. Coşqun Diniyev.
Makedoniya: 1. Stole Dimitrievski, 3. Leonard Juta, 5. Kire Ristevski, 6. Vançe Şikov, 13. Stefan Ristovski, 4. Boyan Naydenov, 16. Enis Bardi, 7. İvan Triçkovski, 9. Aleksandar Traykovski, 11. Maryan Radeski, 10. Qoran Pandev.
Ehtiyat oyunçular: 12. İqor Aleksovski, 14. Darko Velkovski, 2. Eqzon Beytulai, 17. Boban Nikolov, 8. David Babunski, 19. Deyan Peşevski, 20. Nikola Qyorqyev, 18. Besir Demiri, 15. İliya Nestorovski.
Hakimlər: Markus Hameter, Rolan Braunşmidt, Maksimilian Kolbitş, Manuel Şüttenqruber (Avstriya).
Bad Erlax stadionu.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər