Mahir xorvat azarkeşlərlə görüşəcək

Mahir xorvat azarkeşlərlə görüşəcək

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli formasını geyindiyi Zaqreb “Dinamo”sunun azarkeşləri ilə görüşəcək.

Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Görüş aprelin 23-24-də baş tutacaq. Aprelin 26-da “Dinamo”nun yaranmasının 111-ci ildönümüdür. Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.

“Dinamo” bu gün ölkə çempionatının 9-cu turundan təxirə salınmış matçda “Hayduk”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər