"Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal komandanın qaldığı oteldən ayrılarkən azarkeşlərə vida şəkili çəkdirib.
Fanat.az xəbər verir ki, təcrübəli çalışdırıcı "Sky Sport"un müxbirinin sualını cavablandırarkən "Hər şey başa çatdı" deyib.
Klub rəsmiləri isə məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.
Qeyd edək ki, bu ayrılıqdan sonra "qırmızı-şeytanlar"ın Joze Mourinyo ilə anlaşması gözlənilir.
Fanat.az