Ukraynalı jurnalist Dmitri Qordonun Mirça Luçeskunun "Dinamo Kiyev"ə baş məşqçisi seçilməsinə təsiri olub.
Fanat.Az xəbər verir ki, bu barədə 54 yaşlı jurnalist özü məlumatı verib.
Klubun "Youtube" videoportalındakı kanalına müsahibəsində verən Qordon vəzuyyəti belə izah edib:
“Mən fəxr edirəm ki, Surkis qardaşları (klubun sahibləri) Luçeskunun təyinatına qərar verərkən mənimlə də məsləhətləşdilər. Sonra üç namizəd arasından seçim etdilər: Sergey Rebrov, Mirça Luçesku, üçüncünün isə kim olduğunu deməyəcəyəm (red. - Andrey Şevçenko olduğu güman olunur). Luçesku hər mənada - həm marketinq və reklam, həm də peşəkarlığı baxımından uyğun namizəd idi. Doğru seçimi idi. Mən azarkeşlik etdiyim komandanın qalib gəlməsini, çempionluq və kuboklar əldə etməsini dəstəkləyirəm. Əgər Luçesku bu işdə kömək edirsə, meydana nə sual çıxa bilər ki?
Oleq Bloxin haqqında mahnını mən yox, jurnalist Mixail Nazarenko icad edib. Əgər Luçesku "Dinamo"nu böyük qələbələrə aparsa, mən də onun haqqında mahnı yazmağa və oxumağa söz verirəm".
Xatırladaq ki, Kiyev "Dinamo"su Ukrayna Premyer Liqasında 35 xala malikdir və turnir cədvəlinin ikinci yerində qərarlaşıb.
Emin