"Liverpul"un "Şaxtyor"dan Aleks Teyşeyranı transfer etmək istəyi baş tutmayıb. Fanat.az xəbər verir ki, buna səbəb futbolçuya qoyulan qiymət olub.
Belə ki, "Liverpul" Aleks üçün 35 milyon avro təklif edib. Lakin "Şaxtyor" bu təklifi qəbul etməyib.
Komandanın baş məşqçisi Mirça Luçesku onun 50 milyon avro qiymətinin olduğunu deyib: "Onu zorla komandada saxlamaq istəmirik. Amma 35 milyon avro bu futbolçu üçün çox kiçik rəqəmdi. Aleks çox sürətli və texnikalı oyunçudu. Üstəlik zədələnmir və illər ötdükcə daha yaxşı oynayır. Məncə, Teyşeyra Aryen Robben və Angel Di Maria səviyyəsindədi, hətta onlardan daha yaxşı oyunçudu".
Qeyd edək ki, bu mövsüm "Şaxtyor"un şeyətində 22 çempionat matçına çıxan futbolçu 15 qol vurub.
Fanat.az