Ölkə çempionatı dayandırıla bilər

Ölkə çempionatı dayandırıla bilər
Şotlandiyada futbol çempionatı koronavirusa görə dayandırıla bilər.
 
Fanat.Az xəbər verir ki, artıq ölkənin futbol assosiasiyası klublarla müzakirələrə başlayıb. Qurumun icraçı direktoru Yan Maksvell klublara məktub yazaraq onların yarışı davam etdirmək istəyib-istəməməyini öyrənir.
Yekun qərar 18 yanvarda veriləcək. 
Qeyd edək ki, 23 turdan sonra "Reyncers” 65 xalla liderdir. 3 oyun az keçirən "Seltik”in 44 xalı var.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər