"Lids"in sahibi Andrea Radritsani Premyer Liqanı zəngin klublarını maliyyə "feyr-pley"i qaydalarını pozmamağa çağırıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, klub sahibi geniş maliyyə imkanı olan klubları qınaq obyektinə çevirib: "Futbolda pul həmişə uğur demək deyil, bunu dəfələrlə görmüşük. Futbolçularımızı böyütmə strategiyamıza davam edəcəyik. Bu il aşağı yaş qrupları üzrə komandalarımızda müxtəlif millilərdən 16 futbolçu vardı.
Nyukasl" və "Mançester Siti" məhdudiyyətsiz seçim imkanına malikdir. Bu səbəbdən rəqabət itir. Premyer Liqa oyunun ədalətli olmasını təmin etməlidir. Liqa maliyyə "feyr-pley"i prinsiplərinin tətbiq olunmasını təmin etməlidir ".
"Lids" İPL-də 6 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Emin Şəmsiyev