Azərbaycan I Divizionunda XIII tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Zaqatala” - “Turan Tovuz-2” matçında qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” MOİK-lə ev oyununda darmadağınla qalib gəlibsə, lider “Araz Naxçıvan” “Səbail”in əvəzediciləri ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb. “Neftçi” və “Qəbələ”nin əvəzediciləri arasındakı oyunda da paytaxt təmsilçisi sevinən tərəf olub.
I Divizion XIII tur 5 dekabr
“Qaradağ Lökbatan” – MOİK 3:0 Qol: Murad Dadaşov, 7. Mehdi Həşimov, 51. Sabir Allahquliyev, 76. Hakimlər: Kamal Umudlu, Zakir Şükürzadə, Gülnur Əkbərzadə, Əkbər Əhmədov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Səbail-2” – “Araz Naxçıvan” 0:2 Qol: Bayraməli Qurbanov, 54; 70. Hakimlər: Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev. “ASKO Arena”, 14:00.
“Zaqatala” – “Turan Tovuz-2” 1:1 Qol: Valeh Qəhrəmanlı, 7 – Elçin Qasımov, 90+4. Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Taleh Məmmədov, İrşad Aydınov Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Neftçi-2” – “Qəbələ-2” 1:0 Qol: Aqşin Abazərov, 15. Hakimlər: Kamranbəy Rəhimov, Rlman Kərimov, Vüqar Bayramov, Kamran Əliyev. Türk Hava Yolları Futbol mərkəzi (IV meydança), 15:00.
6 dekabr
“Qarabağ-2” – “Zirə-2” Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov. Binə qəsəbə stadionu, 14:00.
“İmişli” – “Sumqayıt-2” Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov. Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şamaxı-2” – “Kəpəz-2” Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov. Şamaxı şəhər stadionu, 14:00.