Liderdən “30” və “75”

Liderdən “30” və “75”

“Zirə”nin “Sumqayıt”la qarşılaşması meydan sahibləri üçün ikiqat əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının III turunda 3:1 hesabı ilə qalib gələn qəsəbə təmsilçisi ardıcıl 3-cü qələbəsini qazanıb. Bu, paytaxt klubunun Premyer Liqada 30-cu qələbəsi kimi tarixə düşüb. 3-cü mövsümdür yüksək dəstədə çıxış edən “Zirə” 30-cu uğuruna 67-ci matçında çatıb.

Görüşdə vurulan 2-ci qol isə Bakı təmsilçisinin 75-ci topu olub. Yubiley qoluna Vüsal İsgəndərli imza atıb. Matçın sonunadək zirəlilər qol sayını 76-ya da çatdırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər