Lider əsas izləyicisinə də böyük hesabla qalib gəldi

Lider əsas izləyicisinə də böyük hesabla qalib gəldi

II Liqada 10-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Lerik” “Göygöl”ə, “Şəmkir” “Füzuli”yə, “Şəki Siti” də “Kürmük Qax”a uduzub. Lider “Baku Sportinq” isə “Cəbrayıl”la oyunda darmadağına sevinib.

II Liqa 10-cu tur 7 noyabr

“Lerik” – “Göygöl” 0:1 Qol: Kamal Həsən-pur, 7. Lənkəran OİK stadionu, 14:00.

“Şəmkir” – “Füzuli” 0:1 Qol: Təmraz Əmircanov, 55. Şəmkir OİK stadionu, 14:00.

“Baku Sportinq” – “Cəbrayıl” 4:1 Qollar: Məhəmməd Xəlilov, 30; 50. Elməddin Hüseynzadə, 62. Qərib İbrahimov, 65 – Tapdıq Əhmədov, 59-pen. Binə qəsəbə stadionu, 14:30.

“Şəki Siti” – “Kürmük Qax” 1:2 Qollar: Osman Soltanov, 80-pen – Vüqar Məmmədli, 70. Qafar Qafarov, 77. Şəki şəhər stadionu, 14:30.

Turun digər oyunları:

“Şahdağ Qusar” – “Dinamo” 9:0 “Şəfa” – “Qusar” 0:4 “Ağdaş” – “Kür-Araz” 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər