Lider Ağsuda büdrədi

Lider Ağsuda büdrədi

I divizionda XXI tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Lider "Turan Tovuz" səfərdə "Ağsu" ilə 1:1, MOİK evdə "Şəmkir"lə 0:0 hesablı heç-heçəyə razılaşıb. "Mil-Muğan" "Bakılı"nı 4:1, "Energentik" "Şəmkir"i 1:0 hesabı ilə yenib.

Qeyd edək ki, "Qaradağ Lökbatan" - "Zaqatala" oyunu sabah baş tutacaq. "Şərurspor"la oyuna görə "Səbail"ə, "Rəvan"la matça görə "Göyəzən"ə 3:0 hesablı texniki qələbə veriləcək. FIFA tələbinə əsasən "Rəvan" və "Şərurspor" klubları XX turdan etibarən çempionatdan kənarlaşdırılıb. İntizam Komitəsinin qərarına əsasən növbəti oyunlarda hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək.   

I divizion

2016/17 mövsümü

IV dövrə, XXI tur

22 mart

MOİK - Şəmkir 0:0

Mil-Muğan - Bakılı 4:1

Qollar: Samir Babayev, 31. Tofiq Mikayılov, 36. Bayram Əliyev, 66. Raul Yaqubzadə, 90 - Vurğun Həsənzadə, 80. 

Energetik - Şahdağ 1:0

Qol: Sepehr Türkmənianəfşar, 65.

Ağsu - Turan Tovuz 1:1

Qollar: Elnur Səmədov, 62 - Rəhman Musayev, 78.

1. Turan Tovuz21155154-850

2. Zaqatala20132558-2341

3. Səbail20132561-2341

4. Qaradağ Lökbatan20131647-2240

5. Ağsu21124549-2040

6. Şəmkir21122732-1838

7. Mil-Muğan21104733-2434

8. MOİK2186738-2330

9. Şərurspor2074936-3625

10. Şahdağ20551025-3620

11. Energetik21431419-7215

12. Rəvan20611324-5210

13. Göyəzən20141513-757

14. Bakılı20211722-797

 

Bombardir: Oruc Balaşlı (Zaqatala) - 24.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər