İngiltərə Premyer Liqasında 2015/16 mövsümünün qalibi bəlli olub. Fanat.az xəbər verir ki, cari mövsümdə sürpriz çıxışı ilə yadda qalan "Lester" sona 2 tur qalmış çempionlğunu rəsmiləşdirib.
Belə ki, "tülkülər"in ən yaxın izləyicisi "Tottenhem" hesabat turunda keçirilən "Çelsi" ilə oyunda xal itkisinə məruz qalıb - 2:2. Bunun nəticəsində "Lester"in londonlularla sona 2 tur qalmış 7 xallıq fərqi yaranıb. Bu, "Lester"in tarixində ilk çempionluğudu.
Bununla da “Lester” yeni rekord müəyyənləşdirib. Klaudio Ranyerinin yetirmələri “Nottingem Forest”dən sonra birinci çempionluğunu qazanan ilk komanda olub. “Lester”ə qədər cəmi 3 komanda elitada bir dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Bunlar “Şeffild Yunayted” (1897-98), “Vest Bromviç” (1919-20) və “Nottingem Forest”di (1977-78). “Lester” də 38 ildən sonra bu siyahıya qoşulub.
“Tülkülər”in baş məşqçisi Klaudio Ranyeri də top-liqalarda ilk çempionluğunu əldə edib. Məşqçilik karyerası ərzində “İnter”, “Roma”, “Yuventus”, “Çelsi” və “Valensiya” kimi klubları çalışdırmış Ranyeri onların heç biri ilə mövsümü zirvədə tamamlaya bilməmişdi.
İtaliyalı mütəxəssis “böyük beşlik” ölkələrinin 3-də titul qazanan 4-cü məşqçi kimi də tarixə düşüb. Premyer Liqa çempionluğuna qədər o, İspaniyada Kral Kubokunu və Avropa Superkubokunu, İtaliyada isə ölkə kuboku ilə Superkubokunu qazanmışdı.
Ranyeri bununla Joze Mourinyo, Rafael Benites və Karlo Ançelottinin rekordunu təkrarlayıb.
Fanat.az