"Leonid Slutski 70 faiz qız, 30 faiz kişidir"

"Leonid Slutski 70 faiz qız, 30 faiz kişidir"

"Rubin"in sabiq hücumçusu Corce Despotoviç Tatarıstan təmsilçisindən ayrıldığı zaman komandanın baş məşqçisi olan Leonid Slutskidən danışıb.

Fanat.Az xəbər verir ki, Rusiyanın "Sport 24" saytı onun dediklərini belə çatdırıb:

"Mənə oynatmamağa başladıqları dönəmdə özümə olan inamımı itirmədim. "Rubin"dən incikliyim varmı? Yox. Çünki onlar Slutski və Yarovinskini (həmin vaxt "Rubin"in idman direktoru vəzifəsində çalışan Oleq Yarovinskini nəzərdə tutur - red.) qovdular. Bu baş verəndə şampan açdım. Statistikaya baxsaq, mən gələnə qədər komanda elitadakı yerini çətinliklə qorumuşdusa, mən orada olanda 4-cü yeri tutdular. İlyarım komandanın ən yaxşısı olan futbolçu səbəbsiz şəkildə yola salınırsa, başqa nədən danışa bilərik?

Yarovinski elə insandır ki, onun üzünə gülsən də, haqqında yaxşı şeylər düşünmürsən. Çünki özü mənə qarşı belə olub. Slutski barədə pis heç nə deməmişəm. Amma onlar mənə qarşı qız kimi davrandılar. Ümumiyyətlə Slutski kişidən daha çox qadındır. Mən həqiqəti demişəm və doğrunu dilə gətirməkdən qorxmuram. Həqiqət acı olur. Yalan danışmıram, söylədiklərimi təsdiqləyə biləcək adamlar var. Slutski 70 faiz qız, 30 faiz kişidir. Hesab edin ki, o, mənim keçmiş sevgilimdir və daha aramızda sevgi olmadığı üçün ayrılmışıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər