Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" klubunun sahibi Dariuş Mioduski azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisinin rəsmi saytına danışan klub rəhbəri tərəfdarlara üzrxahlığını çatdırıb:
"Ölkə çempionatında bu yerdə olduğumuz üçün üzr istəyirəm. Belə bir vəziyyət olmamalı idi. Azarkeşlərin hiddətini başa düşürəm. Mən də qəzəblənirəm. Vəziyyəti sadəcə diaqnoz etməklə yox, atdığımız qətiyyətli addımlarla düzəldə bilərik. Çətin, amma ağıllı iş görməliyik"
Xatırladaq ki ötən gün UEFA Avropa Liqasında məğlubiyyətlə üzləşən ("Lester", 1:3) və ölkə çempionatında autsayder olan "Legiya" klubunun azarkeşləri klubu tənqid atəşinə tutublar.
Emin