Almaniya Kubokunda yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
"Verder” "Laypsiq”lə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmadığı üçün matçın taleyi əlavə vaxtda müəyyənləşib. 2:1 hesablı qələbə qazanan "Laypsiq” finala yüksəlib.
Digər yarımfinal dueli sabah Dortmund "Borussiya”sı ilə "Holştayn Kil” arasında reallaşacaq.
Almaniya Kuboku
Yarımfinal
30 aprel
Verder – Laypsiq 1:2
Qollar: Bittenkur, 105+1 – Huanq, 93. Forsberq, 120+1.
Fanat.Az