Rusiyanın "Rubin" klubunun idman diretkoru Oleq Yarovinski Xviça Kvaratsxeliyanın transfer qiyməti barədə danışıb.
Fanat.Az xəbər verir ki, futbol funksioneri Xviçanın qiymətinin 20 milyona endiyini bildirib:
"Qiymət dəyişib - 20 milyon avro. Amma biz həmişə hamı ilə razılığa gələ bilərik. Gələn yay nələr baş verəcəyini hələ dəqiq bilmirik".
Xatırladaq ki, ötən il "Rubin" klubu futbolçunu 30 milyon avroya təklif edirdi.
Qeyd edək ki, Gürcüstan millisinin də formasını geyinən Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Emin